Milli Park və Qoruq yanıb
Bizi izləyin

Qırmızı.az

Milli Park və Qoruq yanıb

İyulun 9-da Türyançay Dövlət Təbiət Qoruğunda yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qoruğun 17-18-ci dolaylarının kəsişdiyi yerdə saat 15:00-da naməlum səbəblərdən başlayan yanğın saat 19-30 radələrində tam lokallaşdırılıb.

Yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Ağdaş rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının köməyi ilə söndürülüb.Yanğın nəticəsində Qoruğun 5-6 hektar ərazisində quru ot və kol örtüyünə ziyan dəyib.

Həmçinin, 9 iyul 2014-cü il tarixində saat 16:30-da Hirkan Milli Parkının Haftoni meşəbəyliyinin 23 saylı dolayının ərazisində də daha bir yanğın hadisəsi baş verib. Naməlum səbəblərdən baş verən yanğının qarşısının alınmasına Milli Parkın və FHN-in Lənkəran rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub.

Yanğın qısa zamanda lokallaşdırılaraq saat 19 radələrində tam olaraq söndürülüb. Yanğın nəticəsində Milli Parkın 20 sot ərazisində qoru ot örtüyü və böyürtkən kollarına ziyan dəyib.

Yanğınların səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm