12 yaşlı uşağı maşın vurdu
Bizi izləyin

Qırmızı.az

12 yaşlı uşağı maşın vurdu

Gədəbəy rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Rayon Polis Şöbəsindən Publika.az-a bildirilib ki, Bakı şəhər sakini İsmayıl Yusifov idarə etdiyi “Mercedes" markalı avtomobillə yolu keçmək istəyən azyaşlı piyadanı vurub.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Aparılan araşdırmalardan sonra müəyyən olunub ki, bu, 12 yaşlı Elvin Həsənovdur.

O, kəllə-beyin travması ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Faktla bağlı qəzanı törədən sürücü İsmayıl Yusifov barəsində cinayt işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm