
Daxili İşlər Nazirliyindən (DİN) Publika.az- a verilən xəbərə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəis müavini, polis mayoru Turabi Paşayev Qaradağ RPİ-nin 38-ci polis bölməsinə rəisi, Binəqədi RPİ-nin müvəqqəti saxlanma təcridxanasının rəisi Faiq Həsənov Sabunçu RPİ-nin cinayət axtarış şöbəsinin rəisi, Yasamal RPİ-nin 29-cu polis bölməsinin rəis müavini Murad Hüseynov isə 26-cı polis bölməsinə rəis təyin edilib.
Bundan başqa Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşı Vahid Əliyev isə Nərimanov RPİ-nin 18-ci polis bölməsinin rəisi vəzifəsinə rais təyin olunub.
Simnarə
11:08
Yasamal rayon Polis İdarəsində kadr dəyişikliyi həyata keçirilib.
İdarədən AzNews.az-a verilən məlumata görə, daxili işlər naziri
Ramil Usubovun əmrinə əsasən, Yasamal rayon Polis İdarəsinin 29-cu
Polis Bölməsin rəis müavini, polis mayoru Murad Hüseynov,
adıçəkilən rayonun 26 polis bölməsinə rəis təyin edilib.
26-cı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Faiq
Hüseynov isə sərəncama göndərilib.