TQDK bakalavrlara xəbərdarlıq edib
Bizi izləyin

Qırmızı.az

TQDK bakalavrlara xəbərdarlıq edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrlara xəbərdarlıq edib. Publika.az komissiyanın saytına istinadən bildirir ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların qeydiyyatı bu gün başa çatır.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatına iyunun 25-dən başlanılıb. Bu proses iyulun 10-da saat 17:00-da başa çatacaq.

Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və və həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm