• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycan ordusunun şəhid zabiti dəfn olundu - Yenilənib (VİDEO)

Azərbaycan ordusunun şəhid zabiti dəfn olundu - Yenilənib (VİDEO)

Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində dünən, 27 yanvar 2014-cü il tarixində şəhid olan Silahlı Qüvvələrimizin zabiti, leytenant Səbuhi Əzizovun nəşi yaşadığı Qobustan rayon Təklə-Mirzəbaba kəndinə gətirilib.

"Kanal S"in bölgə müxbirinin verdiyi məlumata əsasən, ötən gecə saat 2 radələrində xidmət etdiyi Tərtər rayon N saylı hərbi hissənin kollektivinin iştirakı ilə şəhidin üçrəngli bayrağa bükülmüş cənazəsi ailəsinə təhvil verilib. Şəhidlik zirvəsinə ucalan vətənin igid oğlu dünən saat 12 radələrində kənd qəbristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, bir il öncə Hərbi Akademiyanı bitirən Səbuhi hərbi xidmət keçmək üçün Tərtər rayonuna yollanıb. Müdafiə naziri Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə leytenant Səbuhi Əzizov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR