Qadın Bakıda ticarət mərkəzində cinayət törətdi
Bizi izləyin

Qırmızı.az

Qadın Bakıda ticarət mərkəzində cinayət törətdi

Nizami rayon, Qara Qarayev prospektində yerləşən iri ticarət mərkəzindən oğurluq edilib. Nizami Rayon Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, Bakı şəhər sakini Lalə Nəbiyevaya məxsus pul kisəsi oğurlanıb.

Zərərçəkmişin sözlərinə görə, pul kisəsinin içərisində 200 manat pul və ev açarları olub.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməliyyatçıları tərəfindən hadisəni törədən Qusar rayon sakini, 41 yaşlı Səmayə Vəliyeva saxlanılıb. O, istintaqa ifadəsində bildirib ki, zərərçəkmişlə tanışlıqları olmayıb. Onun başının alış-verişə qarışdığını görüb piştaxtanın üzərindəki pul kisəsini götürüb.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm