Rabitə qovşağında intihar cəhdinin qarşısı alındı
Bizi izləyin

Qırmızı.az

Rabitə qovşağında intihar cəhdinin qarşısı alındı

Şəmkir rayonunda rabitə qovşağında intihar cəhdinin qarşısı alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, iyulun 9-da Şəmkir rayonu Kür qəsəbəsi 1 nəfərin mobil rabitə qovşağının qülləsinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Hadisə yerinə gəlmiş xilasedicilər həmin vətəndaşa kənar psixoloji təsirlərin qarşısını almaq məqsədilə əraziyə toplaşmış insanları uzaqlaşdırıb və mobil rabitə qovşağının qülləsinə çıxaraq intihar etmək istəyən şəxslə müvafiq söhbətlər aparıblar.

Xilasedicilər tərəfindən intihara cəhd nümayiş etdirən vətəndaşla psixoloji kontakt yaradılıb və gərgin psixoloji vəziyyətdə olan həmin şəxsin intihar cəhdinin qarşısı alınıb. Xilas olunmuş şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 23:59-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm