• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qayınata keçmiş kürəkənini döydü

Qayınata keçmiş kürəkənini döydü

Bakının Səbail rayonunda döyülmə faktı qeydə alınıb. Səbail Rayon Polis İdarəsinin istintaq bölməsindən Publika.az-a verilən xəbərə görə, hadisə Nizami küçəsi 88 ünvanında baş verib.

Bakı şəhər sakini, 33 yaşlı Elşad İbrahimov keçmiş həyat yoldaşının yaşadığı ünvana gələrək 6 yaşlı övladı ilə görüşmək istədiyini bildirib. Bu zaman o, keçmiş qayınatası İsmayıl Tağızadə və qaynı Orxan Tağızadənin hücumuna məruz qalıb. Xuliqanlıq zəminində keçmiş qohumları tərəfindən döyülən zərərçəkən Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

Məlumata görə, Elşad İbrahimov bir neçə il əvvəl həyat yoldaşından ayrılsa da, qarşı tərəf uşağı onunla görüşdürməkdən imtina edib. Lakin E. İbrahimov məhkəmənin qəraı ilə övladı ilə görüşmək hüququ qazanıb və nəticədə belə hadisə ilə üzləşib.

Səbail Rayon Polis İdarəsinin təhqiqat bölməsində araşdırmalar aparılır.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR