Moskvadan “kiçik qardaş”a “S-300” hədiyyəsi
Bizi izləyin

Qırmızı.az

Moskvadan “kiçik qardaş”a “S-300” hədiyyəsi

Rusiya Belarusiya “S-300” zenit raket kompleksi hədiyyə edəcək.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya ilə Belarus arasında müqavilə imzalanıb.

Müqavilə Minskdə “MİLEX-2014” beynəlxalq müdafiə sərgisində imzalanıb. Federal Xidmətin hərbi-texniki əməkdaşlıq üzrə direktor müavini Konstantin Biryulin “S-300”-ün neçə batareyasının Minskə veriləcəyi barədə məlumat verməyib.

Rusiya müdafiə naziri Sergey Şoyqu 2013-cü ilin oktyabrında bildirib ki, Belarusa 4 batareya “S 300” zenit raket kompleksi çatdırmaq niyyətindədir.

Qeyd edək ki, Rusiya və Belarus 2009-cu ilin fevralında hava hücumundan müdafiə üzrə vahid regional sisteminin formalaşdırılması haqqında razılaşma imzalayıb. Bu sistem MDB-nin hava hücumundan müdafiə sisteminin Şərqi Avropa zonasının əsasını təşkil edəcək. Məlumata görə, hava hücumundan müdafiə üzrə vahid regional sisteminin tərkibinə həmçinin “S-400” və “Tor-M2” zenit raket kompleksləri daxil ediləcək.

Belarusun özü isə hərbi-sənaye kompleksi sahəsində Rusiya ilə baş-başa gəlmək niyyətindədir. Prezident Aleksandr Lukaşenko bir müddət əvvəl Rusiya istehsalı olan “S-300”lərin analoqu kimi “Tiqrov” zenit raket kompleksinin yaradılması barədə tapşırıq verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm