Salyanda məktəb direktoruna qarşı şok rüşvət ittihamı - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Salyanda məktəb direktoruna qarşı şok rüşvət ittihamı - ÖZƏL

Salyan rayonu, Qarabala Mayılov adına Kürsəngi kənd orta məktəbinin direktoru İslam Hüseynov müəllimlərin maaş kartını əllərindən alaraq özündə saxlayır.

Bu barədə Publika.az-a sözügedən məktəbin bir qrup müəlliminin şikayəti daxil olub.

Məlumata görə, sözügedən məktəbin bir qrup müəllimi sadalanan faktlarla əlaqədar təhsil naziri Mikayıl Cabbarova direktordan şikayət etməyə hazırlaşır.

Müəllimlər deyir ki, direktor İ.Hüseynov onların maaş kartlarını özündə saxlayır və hər ay kartdan özü üçün pul çıxarır:

“Biz maaşımızı kartdan özümüz çıxara bilmirik. Maaş kartımızı direktor özündə saxlayır və pulu da bizə o çıxarıb verir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm