Bakı-Poti konteyner qatarının hərəkəti bərpa olunur
Bizi izləyin

Qırmızı.az

Bakı-Poti konteyner qatarının hərəkəti bərpa olunur

Bakı-Poti konteyner qatarının hərəkətinin bərpası istiqamətində danışıqlara başlanılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, respublikanın nəqliyyat sistemi üçün mühüm əhəmiyyət kəsb edən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə konteyner yüklərinin cəlb olunması və dəmir yolu nəqliyyatı üzrə daşımaların rəqabət qabiliyyətinin artırılması məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" MMC ilə birgə 1996-cı ildə işə salınmış, lakin sonralan fəaliyyəti dayandırılmış, Bakı-Poti konteyner qatarının hərəkətinin bərpası üzrə danışıqlara başlanılıb.

Bu istiqamətdə artıq bir sıra tədbirlər görülüb, o cümlədən konteyner qatarının iş texnologiyası, hərəkət qrafiki, iritonnajlı konteynerlərin daşınma tarifləri razılaşdırılmış, yük göndərən və yük alanlarla görüşlər keçirilmş, yük və vaqon axınlarının təhlilləri aparılıb.

Yaxın günlərdə qatarın buraxılması nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm