Baytarlıq Xidməti cərimələrin miqdarını artıracaq
Bizi izləyin

Qırmızı.az

Baytarlıq Xidməti cərimələrin miqdarını artıracaq

Baytarlıq Xidməti cərimələrin miqdarını artıracaq

“Ətin sümükdən ayrılıb emal müəssisələrinə verilməsi qadağandır.

Düzdür, sümüksüz ətlərin satış obyektlərinə daxil olmasına nəzarət etmək çətindir. Amma çalışırıq ki, bu sahədə verdiyimiz qərar həyata keçirilsin. Bununla bağlı gündəlik monitorinq də aparırıq”.

Bu sözləri Publika.Az-a açıqlamasında Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov deyib.

A.Aslanov bu vaxta qədər sümüksüz ətlərin satıldı obyektlər aşkarlamadıqlarını dedi.

“Əlbəttə, reydlərimiz davam etdirilir. Belə fakt aşkarlanan obyekt sahiblərinə çox ciddi cəzalar gözləyir. Hər hansı obyektdə xəbərdarlıqlar baxmayaraq at, eşşək əti, həmçinin həkim müayinəsindən keçməyən ət satışı aşkarlanarsa obyektin bağlanmasına qədər ciddi cəzalar tətbiq ediləcək. Bununla bağlı nazirin də tapşırığı var.İnanıram ki, yaxın vaxtlarda bir nəticəyə gələcəyik”.

Onun sözlərinə görə, yeni qaydalarda qeyd olunur ki, emal müəssisəsi əti qəbul edəndə onun mənşəyi-at, camış və ya inək əti olması barədə məlumatlı olmalıdır. Onlar aldıqları əti bütöv sümüklü şəkildə qəbul etməlidirlər. Sonradan isə həmin müəssisələr özləri əti sümükdən ayıra bilər. Eyni qayda marketlərə də aiddir, burada da ət sümükdən yalnız alıcının istəyinə uyğun onun gözü qarşısında aparılmalıdır.

Marketlərdə camış ətinin inək əti adı ilə satılmasına gəldikdə isə A.Aslanov bunun çox da ciddi məsələ olmadığını dedi. Onun sözlərinə görə, satıcılar bu üsul sadəcə qiymət məsələsinə görə əl atırlar:

“Camış ətini daha ucuz yox, inək əti qiymətinə satırlar. Camış əti inək ətindən daha keyfiyyətlidir, haram deyil, amma hər heyvanın ətinə öz adı yazılmalıdır. Çünki bu qanun pozuntusudur. Bu cür faktlar aşkarlanarsa, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 25 manat cərimələnir. Bu da qanun pozuntusu olan, sanitariya tələblərinə cavab verilməyəndə tətbiq edilir”.

A.Aslanov onu da vurğuladı ki, baytarlıq xidmətində cərimələrin miqdarının azdır, bu da məsuliyyətə təsir edir:

“Küçə kənarında baytarlıq qaydalarını pozan, insanların gözü qarşısında heyvan kəsənlər 25 manat cərimə edilir. Bu cərimə həmin şəxs üçün çox da əhəmiyyətli olmur.

Cəriməsini ödəyir, sonra da istədiyi kimi kəsim aparır. Cərimənin miqdarı mütləq artırılmalıdır ki, onun üçün təsir mexanizmi olsun. Bununla bağlı Dövlət Baytarlıq Xidmətinin gündəmindədir. Dəyişikliklər edilməsi üçün layihələr hazırlayırlar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm