Tortun içindən həb çıxdı
Bizi izləyin

Qırmızı.az

Tortun içindən həb çıxdı

Bakıda 7 saylı cəzaçəkmə müəssisəsinə dərman həbləri keçirilməsi cəhdinin qarşısı alınıb.


Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rauf Arif oğlu Nadirovun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Tofiq Arif oğlu Nadirovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.


Baxış zamanı tort şirniyyatının içərisində gizlədilmiş, ağ sellofana bükülmüş 25 (iyirmi beş) ədəd ağ rəngli və 24 (iyirmi dörd) ədəd narıncı rəngli dərman həbləri aşkar edilərək götürülüb.

Qeyd edək ki, Rauf Nadirov Cinayət Məcəlləsinin 228.1 maddəsinə əsasən azadlıqdan məhrum edilib.


Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm