Qırmızı.az
İlham Əliyev Böyük Britaniyanın energetika nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının energetika naziri Maykl Fallonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nazir Maykl Fallon Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Baş naziri Devid Kemeronun salamlarını və ən xoş
arzularını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Baş
nazirinin Prezident İlham Əliyev ilə Haaqada görüşünü məmnunluqla
xatırladığını dedi. Maykl Fallon ölkəsinin Azərbaycan ilə
ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji və
qeyri-enerji sektorunda inkişaf etdirilməsinə böyük önəm verdiyini
vurğuladı.
Dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə, o
cümlədən enerji və qeyri-enerji sektorunda əməkdaşlığın daha da
genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Son
altı ayda qeyri-enerji sektorunda iqtisadiyyatın dinamik şəkildə
artdığını bildirən Prezident İlham Əliyev bunu ölkə
iqtisadiyyatının şaxələndirilməsinin yaxşı göstəricisi kimi
dəyərləndirdi. Azərbaycan ilə BP arasında 20-illik uğurlu
əməkdaşlığa toxunan dövlətimizin başçısı enerji, infrastruktur,
inşaat və digər birgə layihələrin həyata keçirilməsində Böyük
Britaniya şirkətlərinin bundan sonra da yaxından iştirak edəcəyinə
ümidvar olduğunu bildirdi.
Prezident İlham Əliyev Baş nazir Devid Kemeronun salamlarına görə
minnətdarlığını bildirdi, onun da salamlarını Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə çatdırmağı
xahiş etdi.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK