Qeydiyyat müddəti uzadıldı
Bizi izləyin

Qırmızı.az

Qeydiyyat müddəti uzadıldı

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 11 iyul saat 17:00-dək uzadılıb.


Bakalavrlar həmin vaxta qədər qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.


Əks təqdirdə, yəni bakalavrların qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm