İntihara cəhdlə bağlı - Rəsmi açıqlama - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

İntihara cəhdlə bağlı - Rəsmi açıqlama - VİDEO (YENİLƏNİB)

Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər kişinin intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunub ki, həmin şəxs çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsindən atmaq niyyətindədir. Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. Qeyd edilən şəxs aidiyyəti üzrə təhvil verilib. Xilasetmə əməliyyatı saat 19:18-də başa çatıb.

18:50

Bakıda intihar etmək istəyən şəxs xilas olunub.

Həmin şəxs 1985-ci il təvəllüdlü Ədilov Ceyhun Əbülfət oğludur. O, FHN əməkdaşları tərəfindən xilas edilib.

C. Ədilovun bildirdiyinə görə, intihar etmək istəməsinə səbəb sevdiyin qızın ondan ayrılmaq istəməsi olub.

18.51

Bakınin Nəsimi rayonunda gənc oğlan intihara cəhd edir.

Nəsimi Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə paytaxtın Bəşir Səfəroğlu küçəsi-91 ünvanında hündürmərtəbəli binada qeydə alınıb.

İlkin ehtimala görə, onun intihara cəhd etməsinə səbəb sevgilisi ilə aralarında yaranan problem olub. Əraziyə cəlb olunan Nəsimi rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onun intihar cəhdinin qarşısını almağa çalışsalar da, “sevgilim gəlməsə, özümü atacam” deyib.

Şəxsiyyəti hələlik məlum olmayan gəncin intihar cəhdinin qarşısı alınır.

Simnarə

18:27

Bakının Səbail rayonunda binalardan birinin damına çıxan gənc oğlan intihara cəhd etmək istəyir.

Teleqraf.com-un xəbərinə görə, hadisə rayonun Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

Həmin ünvanda hündürmərtəbəli binanın damına çıxan gənc oğlan özünü öldürmək istədiyini deyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Səbail rayon Polis İdarəsinin və prokurorluq əməkdaşları gəlib.

Gənc oğlanın intihar etməsinin qarşısının alınması üçün danışıqlar aparılır.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm