Rəsulzadənin ailəsi İlham Əliyevə təşəkkür etdi
Bizi izləyin

Qırmızı.az

Rəsulzadənin ailəsi İlham Əliyevə təşəkkür etdi

Nəsiman Yaqublu: “Ölkə başçısı İlham Əliyevə öz adımdan, Rəsulzadə ailəsi adından təşəkkürümü bildirirəm”

Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə əməliyyat olunmaq üçün Almaniyaya göndərilib. Hazırda Rəis Rəsulzadə Berlinin “Sarite” hospitalında müalicə olunur.

Rəsulzadə Araşdırmalar Mərkəzi və Rəsulzadə ailəsi prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Rəsulzadə Araşdırmalar Mərkəzinin rəhbəri Nəsiman Yaqublu musavat.com-a bunları deyib:

“Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin səhhətində ciddi problemlər yaranmışdı. Bununla bağlı Rəsulzadə irsinin araşdırıcısı kimi ailəsinin adından ölkə başçısı İlham Əliyevə müraciət etdik. Müraciətimizi çatdırmaq üçün Baş Nazirin müavini Elçin Əfəndiyevla əlaqə saxladım. O, bu işlə şəxsən maraqlandı. Nəhayət, ölkə prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı ilə Rəis Rəsulzadə Almaniyaya müalicəyə göndərildi. İlk növbədə, Onkologiya İnstitutunda Cəmil həkimin rəhbərliyi ilə ciddi müayinədən keçdi. Artıq Rəis müəllim Almaniyadadır. O, tanınmış məşhur klinkaların birində müalicə olunacaq. Bizim müraciətimizi nəzərə alıb, diqqət ayırdığına görə, ölkə başçısı İlham Əliyevə öz adımdan, Rəsulzadə ailəsi adından təşəkkürümü bildirirəm. Bu işdə Elçin Əfəndiyevin də xüsusi əməyi oldu. O, xəbəri eşidən kimi xüsusi diqqət ayırdı. Elçin müəllimə insanpərvərliyinə, ayırdığı diqqətə görə minnətdarlığımızı bildirirəm. Bundan əlavə, Rəis müəllimin səhhəti ilə bağlı millət vəkili Qənirə Paşayeva da ciddi narahat oldu. Hər an bizimlə əlaqə saxladı. Bununla bağlı Nərgiz Paşayeva məlumat verdi. Nərgiz xanım şəxsən özü Rəis müəllimlə maraqlanmaq üçün zəng etdi. Bizim üçün bu həyatda əsas amillərdən biri Rəsulzadənin yeganə yadigarı olan Rəis müəllimin sağlamlığı idi. Buna görə ölkə prezidenti cənab İlham Əliyev başda olmaqla, maraqlanan, əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk”.

musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm