Gəncədə məşhur Fayanı döyüb öldürdülər – Səs-küylü cinayət
Bizi izləyin

Qırmızı.az

Gəncədə məşhur Fayanı döyüb öldürdülər – Səs-küylü cinayət

Bu gün Gəncədə ağır cinayət hadisəsi baş verib. AzNews.az-ın məlumatına görə, Gəncənin Nizami rayonunda yerləşən 1 saylı yataqxanada "Faya" ləqəbi ilə tanınan bir qadın qətlə yetirilib. Yataqxana sakinlərinin dediklərinə əsasən, qadın əxlaqsızlıqla məşğul olurmuş və yuxarıda qeyd olunan adla məşhur imiş. Onun ucuz seks xidmətləri göstərməsi və bu işə azyaşlıları da cəlb etməsi xəbərləri dolaşır. Onun öldürülməsinin də məhz bu fəaliyyəti ilə bağlı olduğu ehtimal edilir.

Qaldı ki, “Faya”nın kim tərəfindən öldürülməsinə, bu dəqiq adı və soyadı hələlik məlum olmayan, qonşuları tərəfindən "Kazbek" kimi tanınan şəxsdir.


Hazırda onun polislər tərəfindən saxlanıldığı barədə də məlumat var. Bildirilir ki, "Kazbek" ilkin ifadəsində cinayəti törətdiyini etiraf edib. O deyib ki, eyni binada yaşadığı "Faya"nın evinə dünən gecə gedib və onu möhkəm döyüb. Qadın aldığı xəsarətlərdən bu gün səhər ölüb.


Məsələ ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsi, Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Sadıxovla əlaqə saxladıq. O, hadisənin baş verdiyini nə təsdiq, nə də təkzib etdi:“İşdə deyiləm, məzuniyyətdəyəm. Sükan arxasındayam, danışa bilmirəm”.

Gəncə şəhər Baş Polis İdarəsi, Nizami rayon Polis İdarəsinin növbətçi hissəsindən isə hadisəni təsdiqləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm