Prezidentin korteji piyadanı öldürdü
Bizi izləyin

Qırmızı.az

Prezidentin korteji piyadanı öldürdü

Dağıstanın başçısı Ramazan Əbdülətipovun maşını yolu keçən piyadanı vuraraq öldürüb.

Publika.az-ın məlumatına görə, hadisə respublikanın başçısının şəhərkənarı iqamətgahına getdiyi yolda "Anjı-Arena" futbol stadionunun yaxınlığında baş verib. Olay zamanı Ramazan Əbdülətipov avtomobildə olmayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, kortej hərəkətdə olarkən yola gözlənilmədən çıxan piyadaya sürücü reaksiya verməyə vaxt tapmayıb. Toqquşma nəticəsində alınmış yaralardan piyada yerindəcə ölüb.

Hüquq-mühafizə orqanlarından olan mənbələr bildirib ki, kişi təyin olunmamış yerdən yolu keçirmiş. Bir az sonra ölənin 1974-ci il təvəllüdlü Sarafanov.O.M. olduğu müəyyənləşib.

Qeyd edək ki, Ramazan Əbdülətipov 2013-cü ilin yanvar ayından Dağıstana başçılıq edir. O vaxt Rusiya prezidenti vaxtından əvvəl Maqomedsalam Məhəmmədovu istefaya göndərmişdi. Həmin il sentyabrın 8-də Dağıstan parlamenti Əbdülətipovu vəzifəyə təsdiq edib. Onun namizədliyinə Xalq məclisinin 88 deputatından 86-ı səs verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm