Bakıda türkiyəli həkim intihar etdi - Yeniləndi
Bizi izləyin

Qırmızı.az

Bakıda türkiyəli həkim intihar etdi - Yeniləndi

12.20

Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com-un xəbərinə görə, həmin klinikada Türkiyə vətəndaşı Hakan Karadəniz qoluna sistem aparatının iynəsini sancaraq intihar edib.

“Medistyle” klinikasından Teleqraf.com-a bildiriblər ki, Hakan Karadəniz klinikanın baş həkimi Barat Yusibovun dostu olub: "Mərhum klinikada həkim kimi işləməyib. Biz onu yaxşı tanımırdıq. Baş həkimin dostu kimi klinikaya gəlib-gedirdi”.

Klinikanın baş həkimi ilə əlaqə yaratmaq isə mümkün olmayıb. Onun mobil telefonunu söndürüb.

12.11

Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

Nərimanov rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə Həsən Əliyev küçəsi,116 ünvanında yerləşən “Medistyle” klinikasında qeydə alınıb.

Həmin klinikada Türkiyə vətəndaşı Hakan Karadəniz qoluna sistem aparatının iynəsini sancaraq intihar edib. Mərhumun həkim olduğu bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm