Qırmızı.az
Nişanlanmağa hazırlaşan Masallı sakini dənizdə boğuldu
Bu gecə Dənizkənarı milli parkda 20 yaşlı oğlan bədbəxt hadisənin qurbanı olub.
Əsgər yoldaşları ilə bulvar ərazisinə gəzintiyə gələn 20 yaşlı
Masallı rayon sakini Cahangirov Xəyal Namiq oğlu dostları ilə
əyləndikdən sonra təbii ehtiyacını ödəmək qərarına gəlib. Bu
məqsədlə dəmir arakəsmələrdən dəniz qırağına keçən gənc daha sonra
müvazinətini itirərək dənizə düşüb.
Dostları Xəyal Cahangirova köməklik etmək istəsələr də, onu sudan çıxara bilməyiblər. Daha sonraəraziyə Səbail rayon polis idarəsinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin dövlət sularında xilasetmə xidmətinin katerləri və canlı qüvvəsi cəlb olunub.
Hadisədən xəbər tutan mərhumun valideynləri də dənizkənarı milli
parka gəliblər. Qarşılaşıqları mənzərə isə onların şok keçirməsinə
səbəb olub.
İlkin axtarış təbdirləri bir nəticə verməyincə, mərhumun meyitinin
axtarışları havanın işıqlanmasından sonra aparılmasına qərər
verildi. Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Xəyal
Cahangirovun bu yaxınlarda nişan mərasimi olmalı imiş.(ans tv).
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!