3 nəfər suda boğuldu, 1 nəfəri ilan sancdı
Bizi izləyin

Qırmızı.az

3 nəfər suda boğuldu, 1 nəfəri ilan sancdı

Ötən gün 3 nəfər suda boğulub. Onlardan ikisi uşaq olub. Bu barədə Publika.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, suda boğulma ilə müraciətin biri bağ evində hovuzda olub. Pirşağıda 1 yaşlı qız hovuzda boğulub. Təcili yardıma 16:38-də müraciət olub. Uşağa yerində ilkin yardım göstərildikdən sonra 2 saylı Uşaq xəstəxanasına aparılıb.

İkinci boğulma müraciəti Pirallahı qəsəbəsindən olub. 7 yaşlı oğlan uşağı dənizkənarında oynayarkən suda boğulub. Ona da ilkin reanimasion yardım göstərildikdən sonra 2 saylı uşaq xəstəxanasına aparılıb.

Daha bir boğulma ilə müraciət Türkan qəsəbəsindən olub. 34 yaşlı kişini xilas etmək mümkün olmayıb. 18:40 radələrində meyit sudan çıxarılıb.

Ötən gün bir günvurma hadisəsi qeydə alınıb. Hadisə Lökbatan qəsəbəsində Sədərək Ticarət Mərkəzinin yaxınlığında olub. 45 yaşlı kişi uzun müddət açıq havada qalıb. 19:33-də təcili yardıma müraciət edilib. Ona ilkin yardım göstərilsə də, vəziyyəti ağır olduğu üçün 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Ayın 10-da bir nəfəri naməlum həşərat sancıb. Bu hadisə ilə bağlı Hava limanından müraciət daxil olub. 22 yaşlı oğlana yerindəcə yardım göstərilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm