Yuxulu sürücü qəza törətdi: 1 ölü, 6 yaralı
Bizi izləyin

Qırmızı.az

Yuxulu sürücü qəza törətdi: 1 ölü, 6 yaralı

Kürdəmir rayonunda ağır yol qəzası baş verib. Hadisə səhər saat 7:00- da Bakı-Qazax magistral yolunun 170-ci kilometrliyində qeydə alınıb.

Kürdəmir Mərkəzi Rayon Xəstəxanasından Publika.az-a verilən məlumata görə, qəza zamanı “BMW” markalı avtomobil qarşıdan gələn “Hyundai Sonata” markalı minik maşını ilə toqquşub. Nəticədə “Hyundai Sonata” da olan 1 nəfər ölüb, digər 6 nəfər ağır yaralanıb. Xəstəxanadan o da bildirildi ki, yaralılar əməliyyat olunub. Onların vəziyyəti orta ağırıdır.

Hadisə yerinə gələn Kürdəmir Rayon Yol Polisi Şöbəsinin əməkdaşları sürücülərdən birinin yuxulu olduğunu ehtimal edir. Faktla bağlı araşdırmalar aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm