Qırmızı.az
Sabah 28 955 abituriyent imtahan verəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 12-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
Bununla bağlı cümə günü keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada keçiriləcək.
İmtahanların idarə olunmasına 220 imtahan rəhbəri və orta
ümumtəhsil müəssisələrindən 2429 nəzarətçi-müəllim cəlb
olunacaq.
İmtahanın gedişini işıqlandırmaq üçün 50-dən artıq KİV nümayəndəsi
TQDK-da akkreditasiyadan keçib. İmtahanda 28955 abituriyentin
iştirakı nəzərdə tutulur. Onlardan 21828 abituriyent I qrup üzrə,
7127 abituriyent IV qrup üzrə imtahan verəcək.
TQDK sədrinin sözlərinə görə, Bakı şəhərində 12843, Naxçıvanda
1469, Gəncədə 3482, Sumqayıtda 1844, Mingəçevirdə 1334, Şəkidə
1834, Ağcabədidə 954, Göyçayda 1410, Şirvanda 1076, Lənkəranda
1554, Xaçmazda isə 1155 abituriyentin imtahan verəcəyi
gözlənilir.
Abituriyentlərdən 26160 nəfəri (I qrup üzrə 19656 nəfər, IV qrup
üzrə 6504 nəfər) Azərbaycan bölməsinin, 2795 nəfəri (I qrup üzrə
2172 nəfər, IV qrup üzrə 623 nəfər) isə rus bölməsinin məzunudur.
Abituriyentlərin 17703 nəfəri (I qrup üzrə 13472 nəfər, IV qrup
üzrə 4231 nəfər) oğlanlar, 11252 nəfəri (I qrup üzrə 8356 nəfər, IV
qrup üzrə 2896 nəfər) isə qızlardır.
M.Abbaszadə bildirib ki, 16 nəfər ali təhsil müəssisələrinin, 791
nəfər orta ixtisas təhsili müəssisələrinin məzunudur. 184
abituriyent xarici ölkələrin vətəndaşıdır.
Ən yaşlı abituriyent 1988-ci ildən, ən gənci isə 1997-ci ildəndir.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3
saat davam edəcək.
Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun
4-dən etibarən TQDK-nın internet saytına daxil olaraq "İmtahana
buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı
onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada
abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların
əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar
çatdırılır.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və
digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt
tərtib olunacaq və imtahan binasına buraxılmayacaq.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən
test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 16:00-da
"Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində
TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda
istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları
ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş
sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında
və facebook səhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa
çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının
qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil
telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə
biləcəklər.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan
abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas
seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək
aparılacaq.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili
müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən
abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri
elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə
daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə
biləcəklər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!