Firudin Cəlilovun əməliyyatı ilə bağlı qərar veriləcək
Bizi izləyin

Qırmızı.az

Firudin Cəlilovun əməliyyatı ilə bağlı qərar veriləcək

"Firudin müəllimin damarları təmizlənir. Həkimlər mümkün olan yerlərə stend qoyurlar. Stend qoymaq mümkün olmayan yerlərdə əməliyyat edəcəklər". Bu barədə Publika.az-a keçmiş təhsil naziri Firudin Cəlilovun həyat yoldaşı Fəridə xanım məlumat verib.

Onun sözlərinə görə, sabiq nazirin səhhətində bəzi göstəricilər yol vermədiyinə görə, həkimlər əməliyyat gününü müəyyən etməyiblər.

“Bakıda necə idi, indi də səhhəti elədir. Müalicə prosesi davam etsə də, əməliyyat məsələsi gündəmdədir. Bu gün qərar verilməsini gözləyirik. Ölkəyə nə vaxt geri dönəcəyimiz hələ ki, bəlli deyil”.

Xatırladaq ki, Firudin Cəlilov 1995-ci ildən ürək xəstəliyindən əziyyət çəkir. 3 dəfə əməliyyat edilsə də, bir müddət əvvəl səhhətində problemlər daha da ciddiləşib. Dövlət dəstəyi ilə o, hazırda Türkiyənin Bayandır Xəstəxanasında müalicə edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm