• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yaşlı qadının pulunu bankomatdan oğurladı

Yaşlı qadının  pulunu bankomatdan oğurladı

Binə qəsəbə sakini Qüvvət Əliyev dələduzluq etdiyinə görə polis tərəfindən tutulub.

Xəzər Rayon Polis İdarəsindən Publika.az-a verilən xəbərər görə, o, Bakı şəhər sakini Məhluqə Balakişiyevaya qarşı dələduzluq cinayəti törədib. Belə ki, Qüvvət Əliyev kömək etmək məqsədilə qadının “Kapital” banka məxsus kartını götürüb, sonra da bankomatdan 200 manatını çıxarararaq hadisə yerindən uzaqlaşıb.

Xəzər RPİ-nin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulan Qüvvət Əliyev istintaqa “özüm işsizəm deyə pulsuzluqdu. Gördüm yaxınlıqdakı bankomata yaşlı bir qadın yaxınlaşıb pul çıxarmaq istəyir. Xeyli onu izlədim gördüm çıxara bilmir. Gedib özüm yaxınlaşdım ki, sizə kömək etmək istəyirəm. Beləliklə, kodu alıb yığdım, sonra da pulu gizlincə qoydum cibimə. Ona dedim ki, bankomatda pul yoxdu. Yaşlı qadındı da, dedim başı çıxmaz” deyə ifadə verib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Qüvvət Əliyevə qarşı dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR