Bir ailənin 5 üzvü zəhərləndi
Bizi izləyin

Qırmızı.az

Bir ailənin 5 üzvü zəhərləndi

Bərdədə bir ailənin 5 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Publika.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 10-da Bərdə rayonu Əyricə kəndində Ələkbər Nəbiyevin evində qızları Sevinc, Samirə, Aytac, habelə qardaşının qızları Buluza və Əsmər qidadan zəhərləniblər.


Həkimlərin səyi nəticəsində zəhərlənənlərin həyatı üçün təhlükə aradan qaldırılıb. Həmçinin, müəyyən olunub ki, ailə üzvləri “Paytaxt” salatından zəhərləniblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm