• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yol təhlükəsizliyi proqramı davam edir

Yol təhlükəsizliyi proqramı  davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Beynəlxalq Humanitar Təşkilatının “Məcburi köçkün məktəb uşaqlarının yol təhlükəsizliyi sahəsində biliklərinin artırılması” layihəsi davam edir.

Məqsədi Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün məktəblərində yol təhlükəsizliyi üzrə keçirilən maarifləndirmə kampaniyaları vasitəsilə orada təhsil alan uşaqların bu sahədə biliklərinin artırılmasından və bununla da onların yollarda üzləşəcək təhlükələrin minimuma endirilməsinə nail olmaqdan ibarət olan layihə çərçivəsində bir sıra mühüm işlər artıq yerinə yetirilmişdir. Belə ki, yol hərəkətinin əsas iştirakçılarının vəzifələri, yol təhlükəsizliyinin müxtəlif aspektlərinə, xüsusilə də uşaqlar, piyadalar və sürücülər üçün nəzərdə tutulmuş sual-cavablara həsr olunmuş bukletlər, sürət həddinin gözlənilməsini, piyada keçidindən, təhlükəsizlik kəmərindən və yol hərəkətinin iştirakçısı olaraq digər təhlükəsizlik elementlərindən istifadəni təbliğ və təşviq edən mövzularda posterlər və “Biz yol hərəkəti qaydaları barədə nə bilirik?” adlı tədris vəsait çap edilmişdir.

Əyani vəsaitlər çap edildikdən sonra məcburi köçkün məktəblərində yol təhlükəsizliyi üzrə maarifləndirmə kampaniyasına rəvac verildi. Belə ki, qısa müddət ərzində layihənin hədəf məktəbləri olan Ağdam rayon 35, 81 və 96 saylı, Füzuli rayon 2, 47 və 48, Laçın rayon 11, 13, 35 və Çıraqlı, Zəngilan rayon 10, Şuşa Malıbəyli və Qubadlının Muradxanlı kəndlərinin məcburi köçkün məktəblərinin çəm halda 300 nəfərdən çox müəllim və əməkdaşlarının iştirakı ilə maairfləndirmə kampaniyası və məlumatlandırma sessiyaları keçirilmişdir. Gözlənilir ki, məktəblərdə yeni tədris ilinə başlayan zamanı məlumatlandırma sessiyalarında iştirak etmiş müəllimlər məktbəblərdə yol təhlükəsizliyi sahəsində şagirdlər arasında maarifləndirmə kampaniyasını keçirəcək və layihə çərçivəsində çap edilmiş əyani vəsaitlərin uşaqlar arasında paylanışını təşkil edəcəklər.

Layihənin sonuncu mərhələsində hədəf qrupuna daxil edilmiş məcburi köçkün məktəbləri ətrafındakı yolların təhlükəsizliyi qiymətləndiriləcək və bu sahədə təkmilləşdirmə işlərinin həyata keçirilməsi ilə təkliflər hazırlanaraq müvafiq qurumlara göndəriləcək. Bu işlər məlumat sessiyalarında fəallıq nümayiş etdirmiş və yol təhlükəsizliyi sahəsində müəyyən biliklərə malik olan məcburi köçkün məktəblərinin şagird və müəllimlərindən təşkil olunacaq “Təhlükəsiz yol” dəstək qruplarının fəal iştirakı ilə həyata keçiriləcəkdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR