Adı rüşvətdə hallanan xəstəxanadan cavab: “Gedin işinizlə məşğul olun”
Bizi izləyin

Qırmızı.az

Adı rüşvətdə hallanan xəstəxanadan cavab: “Gedin işinizlə məşğul olun”

Bakıdakı xəstəxanalardan birində liftin pulla işlədiyi ilə bağlı sosial şəbəkədə məlumat yayılıb. Məlumatda bildirilir ki, xəstəxanada istifadə olunan liftin içərisində daim oturmaq üçün bir işçi ayrılıb və həmin işçi liftdən istifadə edənlərdən pul alır. Lift kartla işləyir və o kartın yalnız orda oturan işçidə olduğu deyilir. Məlumatla bağlı sosial şəbəkədə foto yayımlanıb.

Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın baş həkiminin müavini Publika.az-a bildirdi ki, bu xəbər cəfəngiyatdır.

Adını öyrənmək istədiyimiz zaman isə baş həkimin müavini dəstəyi asdı.

Təkrar zəng edərək baş həkimin müavini ilə danışmaq istədik. Bu dəfə bizə cavab verən şəxs bildirdi ki, burada dörd müavin var, mən bilmirəm kim sizinlə danışıb:

“Ay yoldaş, mən bilmirəm siz kimsiniz, burada ağır xəstələr var. Gedin işinizlə məşğul olun”.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm