TQDK: “Yerlər 99,04 faiz dolub”
Bizi izləyin

Qırmızı.az

TQDK: “Yerlər 99,04 faiz dolub”

Həftənin 1-cü günü orta ixtisas təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul edilənlərin siyahısı açıqlanacaq. Bu siyahı və keçid balları haqqında məlumat birinci gün işıq üzü görən jurnalda elan olunacaq”. TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bu barədə bildirib.

O deyib ki, xüsusi qabiliyyət tələb etməyən ixtisaslara cəmi 4 boş yer qalıb: “Bilirsiniz ki, dünən ümumi orta ixtisas təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb. Bu ixtisas seçimində iştirak edən 17632 gənc öz istəklərini ərizələrində qeyd ediblər. Hazırda o ərizələr əsasında ilkin yerləşdirmə aparılıb və ilkin statistikaya görə, ərizə verənlərdən 8795 nəfər qəbul olunub. Bizdə xüsusi qabiliyyət tələb etməyən ixtisaslar 99,04 faiz dolub. Cəmi 4 boş yer qalıb. Şamaxı Dövlət Sənaye iqtisadi kollecində aqrar fermer təsərrüfatının təşkili meşə və meşə park təsərrüfatı ixtisaslardır. Qalanları xüsusi qabiliyyət tələb edən ixtisaslardır”.

TQDK rəsmisi onu da əlavə edib ki, xüsusi qabiliyyət tələb etməyən yerlərdə dolma faizi 66,29-dur. İki növ ixtisası bu yerlər 91,52 faiz dolub. Abituriyentlərə müraciətlə Məleykə Abbaszadə deyib ki, öz ərizələri ilə müraciət edənlərin siyahısı bu gün TQDK-nın internet saytında veriləcək. Boş qalmış yerlər haqqında isə həfətinin 1-ci günü məlumat veriləcək: “Qeydiyyat başa çatandan sonra boş qalmış yerləri və digər ixtisaslardan da boş qalan yerləri əlavə edib biz onu növbəti işıq üzü görən jurnalda verəcəyik. Kim istəsə boşqalan yerlərə öz sənədlərini verə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm