Qırmızı.az
Azərbaycanda əhalinin sayı açıqlandı
Ölkə əhalisinin sayı ilin əvvəlindən 43,2 min nəfər və ya 0,5 faiz artaraq 2014-cü il iyun ayının 1-i vəziyyətinə 9520,3 min nəfərə çatıb.
ANS PRESS-in məlumatına görə, əhalinin sıxlığı bir kvadrat
kilometrə 110 nəfərdir. Əhalinin ümumi sayının 53,2 faizini şəhər,
46,8 faizini isə kənd sakinləri təşkil edir. Əhalinin 49,7 faizi
kişilərdən, 50,3 faizi qadınlardan ibarətdir. Əhalinin 22,4 faizi
0-14 yaşda, 71,8 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı
yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın
düşür.
Bu ilin ilk 5 ayı ərzində ölkədə 67,3 min, yaxud hər gün orta
hesabla 445 körpə doğulmuş, əhalinin hər 1000 nəfərinə hesabı ilə
bu göstərici 17,3 olub. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4
faizi isə qız uşaqlarıdır. Körpələrin 1150-si əkiz, 30-u isə üçəm
doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün
71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.
Bütün ömür boyu uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər
birinə orta hesabla 2,2 doğulmuş uşaq düşür və bu da ölkə üzrə
əhalinin təkrar istehsalını təmin edir.
İlin əvvəlindən ölkədə 24,4 min ölüm halı qeydə alınmış və əhalinin
hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə
ölüm əmsalı dəyişməyərək eyni səviyyədə (6,3) qalıb.
Bu ilin yanvar-may ayları ərzində rəsmi orqanlar tərəfindən 30,9
min nikah və 5,0 min boşanma halları qeydə alınmış və əhalinin hər
1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə
nikah və boşanmaların sayı dəyişməyərək eyni səviyyədə (müvafiq
olaraq 7,9 və 1,3) qalıb.
Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq
qurumları tərəfindən bu ilin 5 ayı ərzində daimi yaşamaq üçün
Azərbaycana 675 nəfər gələn və 319 nəfər ölkədən gedən qeydə
alınıb.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK