• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycanda jurnalistlərin həmkarlar ittifaqı yaradılır –FOTOLAR

Azərbaycanda jurnalistlərin həmkarlar ittifaqı yaradılır –FOTOLAR

Bu gün Beynəlxaq Mətbuat Mərkəzində (BMM) Beynəlxalq Jurnalistlər Federasiyasının həyata keçirdiyi “Azərbaycanda jurnalislərin həmkarlar ittifaqının inkişaf etdirilməsi” adlı proqramının təqdimat mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə media təlimçisi Arjum Vajid, Beynəxalq Jurnalistlər Federasiyasının baş katibinin müavini Oliver Kirli, Fedarasiyasının əməkdaşı Adrien Collinin və Mətbuat Şuraısnın sədri Əflatun Amaşov da iştirak edib.

Tədbiri giriş sözü ilə açan Jurnalist Həmkarlar İtifaqının sədri Müşfiq Ələsgərli layihənin əhəmiyyətindən danışıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, hazıra Azərbaycanda bir neçə həmkarlar təşkilatı var ancaq, onların fəaliyyəti qənaətbəxş deyil:

“Jurnalistlərlə redaksiya arasında əngəl olmamlıdır. Eyni zamanda jurnalistlərin hüquqları qorunmalı, əmək müqaviləsi bağlanalı, əmək haqları doğru və dügün yazılmalıdır. Mətbuat Şurası hələ də bu kimi problemi həll edə bilməyib. Həmkarlar təşkilatları olsa sadaladığım bu kimi problemlər aradan qalxmış olar. Fikrimiz var ki, gələn ilin Mətbuat Gününə kimi “Həmkarlar ili” elan edək. Həmkarlar İttifaqı yaratdıqdan sonra redaksiyalarda özək təşkilatlar yaradılacaq. İstəyirik ki, Azərbaycanda güclü bir həmkarlar İttifaqı yaradaq. Bu bizə çox şey qazandıracaq”.

Ə.Amaşov deyib ki, görüləcək bu işlərdə Beynəlxalq Jurnalsitlər Federasiyası onlara kömək edəcək.

Beynəxalq Jurnalistlər Federasiyasının baş katibinin müavini Oliver Kirli bildirib ki, onların əsas məqsədi jurnalsitlərin hüquqlarının qorunmasıdır:

“Biz bu məqsədlərimizə jurnalsitlər arasında həmrəyliyin yaranmsı ilə nail olacağıq. Hər bir ölkədə milli jurnalist həmkarlar ittifaqını yaratmaq istəyirik. Bunun üçün həmin ölkələrdə yaxşı media qanunları və şərait olmalıdır. Həmin ölkələrdə jurnalsitlər üçün təlim insitutları yaradılmalıdır. Bizim bir şuarımız var. Koorupsiyaya uğramış ölkələrdə azad və peşəkar jurnalist ola bilməz. Biz Bakıda və regionlarda olan bir neçə jurnalist həmkarlar təşkilatı ilə görüşmüşük. Jurnalist həmkarlar təşkilatlarının arasında əlaqələr olduqca zəifdir. Bizim bu layihəmiz 3 illik bir layihədir. Təkcə Azərbaycanda yox, Ermənistan və Gürcüstanda da, bu layihəni həyata keçirəcəyik. Layihəni Avropa Komissiyası maliyyələşdirir”.

Beynəlxaq Jurnalsitlər Fedarasiyasının əməkdaşı Adrien Collin isə deyib ki, Azərbaycanda jurnalsit həmkarlar ittifaqının yaradılması və gücləndirilməsi üçün layihələr həyata keçiriləcək: “Növbəti günlərdə Azərbaycanda jurnalistlər arasında keçirəcəyimiz təlim 2 həftə davam edəcək. Xarici ölkələrdən gələn jurnalistlərlə birgə fikir mübadiləsi aparmaqla yanaşı, öz sahələri üzrə bir çox yeni biliklərə sahiblənəcəklər. Təlimi uğurla başa vuran jurnalsitlər öz ölkələrində, təlimçi olacaqlar”.

A.Collin bildirib ki, sonrakı təlim həmkarlar ittifaqında olan özək təşkilatlar üçün keçiriləcək:

“Biz media rəhbərləri ilə görüşlərimiz zaman öyrəndik ki, redaksiyaların çoxunda kollektiv müqavilə yoxdur. Təlimlər zamanı biz kollektiv müqavilənin hazırlanması və tətbiqi barədə biliklər verəcəyik. Bütün bu təlimlər özək təşkilatlar üçün də keçiriləcək. Onlara bütün hüquqi yardım və dəstəklərimizi verəcəyik”.

Media təlimçisi Arjum Vajid isə 12 ildir Azərbaycanda media sahəsi ilə bağlı təlimlərdə təlimçi kimi iştirak etdiyini xatırladıb:

“Biz bu layihə ilə bağlı bir çox redaksiyada olmuşuq. Apardığımız söhbətlə zamanı məlum oldu ki, onların çoxu həmkarlar təşkilatının rolu və vəzifələrindən xəbərsizdirlər. Layihə çərçivəsində keçirəcəyimiz təlimlərdə biz sizə həmkarlar təşkilatı barədə geniş məlumat verəcəyik. Biz bu təlimlərdə jurnalsitlərə çalışdığınız media qurumunun rəhbəri ilə, yaranmış problemi necə həll edilməsi yollarını öyrədəcəyik”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR