TBMM-də həyəcan: Bina boşaldılır - Yenilənib
Bizi izləyin

Qırmızı.az

TBMM-də həyəcan: Bina boşaldılır - Yenilənib

Hadisənin səbəbi qısa müddət sonra aydınlaşıb. Məlumata görə, binadakı heyətin çıxarılmasının səbəbi təlim olub. Fövqəladə hallarda binadakı işçilərin necə hərəkət edəcəyinin yoxlanıldığı bildirilir.

16:35

Türkiyə Böyük Millət Məclisinin (TBMM) təcili şəkildə boşaldılması barədə anons verilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, TBMM-də yeni istifadəyə verilən və millət vəkillərinin otaqlarının olduğu Xalqla Əlaqələr Binasının boşaldılması istənilib.

Anonsda liftlərin istifadə edilməməsi və pilləkənlərdən istifadə etməklə binanın boşaldılması xəbərdarlığı edilib. Bina hazırda boşaldılır.

Binanın boşaldılmasının səbəbi barədə məlumat verilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm