Quldurluq edən şəxs tutuldu (VİDEO)
Bizi izləyin

Qırmızı.az

Quldurluq edən şəxs tutuldu (VİDEO)

Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsinin əməkdaşları rayon və paytaxt ərazisində vətəndaşlara qarşı quldurluq edən şəxsi saxlayıb.

ANS TV-nin məlumatına görə, bölmə əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 1988-ci il təvəllüdlü Əsgərov Süleyman Bayram oğlu həbs olunub. Süleyman günün istənilən vaxtında əsasən tələbələrə, yeniyetmələrə və taksi sürücülərinə biçaqla hədə-qorxu gələrək onların pulunu ələ keçirirmiş.

Saxlanılan şəxs quldurluq yolu ilə əldə etdiyi pulları isə şəxsi istifadəsi üçün narkotik vasitələrə xərcləyib. Süleyman məhz narkotik maddələrə olan tələbatı səbəbindən bu cinayətləri törətdiyini deyir.

Saxlanılan şəxs Süleyman Əsgərovun sözlərinə görə, "Əldə etdiyim pulları narkotik vasitəyə xərcləmişəm, iynə vurdum, belə oldu".

Süleyman Əsgərov ifadəsi zamanı son 2 ay ərzində təxminən 20-yə yaxın vətəndaşa hədə-qorxu gələrək pulunu mənimsədiyini etiraf edib. Amma onun cinayətlərinin sayının artacağı da istisna edilmir.

28-ci polis bölməsinin rəisi Hüseyn İmanov bildirdi ki, əgər Süleyman Əsgərovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə bölməyə və ya Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət edə bilərlər.

Faktla bağlı isə Süleyman Əsgərov barəsində başlanan cinayət işi araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib. İndiyə qədər də oğurluq və quldurluq etdiyinə görə, bir dəfə məhkumluq həyatı yaşayan Süleymanı son cinayətlərinə görə yenidən uzunmüddətli həbsxana həyatı gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm