"Suriyada öldürülən azərbaycanlıların qanı hədər yerə axır"
Bizi izləyin

Qırmızı.az

"Suriyada öldürülən azərbaycanlıların qanı hədər yerə axır"

Onun sözlərinə görə, buna tarixdə də rast gəlinib. Hacı Şahin Həsənli deyib: "Hətta Peyğəmbər (s) vaxtilə buyurmuşdu: "İki şey belimi sındırdı- İmansız alim, elmsiz abid".

"Din yalnış anlaşılarsa, səhv başa düşülürsə, dinsizlikdən daha artıq təhükəli olur". Publika.Az-ın məlumatına görə, bunu Məşədi Dadaş məscidinin imam axundu Şahin Həsənli söyləyib.

Onun sözlərinə görə, buna tarixdə də rast gəlinib. Hacı Şahin Həsənli deyib: "Hətta Peyğəmbər (s) vaxtilə buyurmuşdu: "İki şey belimi sındırdı- İmansız alim, elmsiz abid".

O bildirib ki, burada adıçəkilən cərəyanlar məzhəb və təriqət deyil: "Məhz cərəyanlardır və sevindirici haldır ki, onların adı indi açıq şəkildə deyilir. Azərbaycanda bəzi cərəyanlar məzhəblərarası qarşıdurma yaradır. İstər sünni, istərsə də şiə məzhəblərinin nümayəndləri bu kimi hallara qarşı mübarizə aparmalıdırlar. Əlamətdar günlərdə sünni və siyə din xadimlərinin birgə tədbilər keçirilməsinə ciddi ehtiyac var. Bu hamıya bir daha göstərər ki, Azərbaycanda məzhəblər arasında heç bir problem yoxdur".

Şahin Həsənli həmçinin qeyd edib ki, bu gün Suriyada öldürülən azərbaycanlıalrın qanı hədər yerə axır: "Bəzi insanları, hətta cinsi istismara məruz qoyurlar. Bunun da adını cinsi cihad qoyurlar ki, bunun dinə heç bir aidiyyəti yoxdur. Bu məsələdə məscid imamları və axundları da məsuliyyət daşıyırlar".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm