Fransada cinayətkar dəstə tutuldu
Bizi izləyin

Qırmızı.az

Fransada cinayətkar dəstə tutuldu

Fransanın mütəşəkkil cinayətkarlığa qarşı mübarizə polisi Parisdə və ölkənin cənub regionlarında gizli miqrantlar üçün saxta sənədlər hazırlayan cinayətkar dəstəni ifşa edib.

ANS PRESS-in məlumatına görə, polis Marsel şəhərində cinayətkar dəstənin 9 üzvünü həbs edib, şübhəli bilinən 47 nəfəri isə saxlayıb.

Sen-e-Marn departamentinin Nemur şəhərində saxta sənədlərin hazırlandığı gizli atelye aşkarlanıb.

Aparılan axtarış zamanı atelyedən yüzlərlə hazır saxta sənəd, kompyuter, çap maşınları və digər avadanlıq müsadirə olunub.

Saxta sənədlərin birinin 250-350 avroya satıldığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm