Linza tələbə qızı kor etdi
Bizi izləyin

Qırmızı.az

Linza tələbə qızı kor etdi

Kontakt linzası taxmaq Tayvandan olan tələbə qız üçün baha başa gəlib. 3 yaşlı Lian Kao 6 ay ərzində gözündən linzanı çıxarmayıb. Nəticədə linzanın daxili hissəsinə təhlükəli bakteriyalar yığılıb.

Həkimlər kontakt linzası taxanlara tövsiyə edirlər ki, gigiyena qaydalarına əməl etsinlər. Axşamlar mütləq linzaları xüsusi maye ilə yusunlar və çimərkən çıxarsınlar.

Tayvanlı tələbə isə həddən artıq tənbəl olduğu üçün bunların heç birini etməyib.

6 ay ərzində linzanı çıxarmadığı üçün gözündə bakteriyaların inkişafı üçün münbit şərait yaranıb. Yırtıcı bakteriyalar qızın gözündə sağalmaz yara əmələ gətirib. Göz almasını yeyiblər və qız tamamilə kor olub.

Qız hazırda Taybey şəhərindəki xəstəxanalardan birində həkimlərin nəzarəti altındadır. /milli.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm