Həkimini öldürən xəstəyə edam cəzası
Bizi izləyin

Qırmızı.az

Həkimini öldürən xəstəyə edam cəzası

Çinin Çjenszyan vilayətində həkimini bıçaqlayaraq qətlə yetirmiş Lyan Eninin məhkəmə prosesi başa çatıb.


Məhkəmənin qərarı ilə L. Enin qətlə suçlanaraq edam cəzasına layiq bilinib.


Lyan ötən il burnunda plastik cərrahiyyə əməliyyatı keçirmişdi. O, sonradan əməliyyatın nəticəsindən narazı qalmış və Venlin şəhər xəstəxanasının qulaq-burun-boğaz həkimindən təkrar əməliyyatın keçirilməsini tələb etmişdi.


Bu tələb rədd ediləndə isə Lyan həkimi bıçaqlayaraq qətlə yetirmiş, iki tibb bacısını da yaralamışdı.

Bu olay ölkədə böyük əks-səda doğurmuş, minlərlə həkim və tibb bacısının etiraz aksiyalarına səbəb olmuşdu.

Rəsmi statistikaya görə, 2012-ci ildə ölkə xəstəxanalarında 27 qanlı olay olub. Bu hadisələrdə 7 həkim qətlə yetirilib, 28 həkim yaralanıb.

Bununla yanaşı, xəstəxanalarda təhlükəsizlik tədbirləri gücləndirilib. Bəzi xəstəxanalarda mühafizəçilərə qalxan, rezin dəyənəklər və bibər qazı verilib.

Şanxayda isə iki xəstəxanada həkimlərə taekvondo və uşu dərsləri keçirilməyə başlanıb./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm