Qırmızı.az
Bu gün ali məktəblərə qəbul imtahanlarıdır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
TQDK-dan Publika.az-a verilən məlumata görə, imtahan respublikanın
11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki,
Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində
ümumilikdə 52 binada keçiriləcək.
İmtahanların idarə olunmasına 220 imtahan rəhbəri və orta
ümumtəhsil müəssisələrindən 2 429 nəzarətçi-müəllim cəlb
olunub.
İmtahanın gedişini işıqlandırmaq üçün 50-dən artıq KİV nümayəndəsi
TQDK-da akkreditasiyadan keçib. İmtahanda 28 955 abituriyentin
iştirakı nəzərdə tutulur. Onlardan 21 828 abituriyent I qrup üzrə,
7 127 abituriyent IV qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 26 160 nəfəri (I qrup üzrə 19 656 nəfər, IV qrup
üzrə 6 504 nəfər) Azərbaycan bölməsinin, 2 795 nəfəri (I qrup üzrə
2 172 nəfər, IV qrup üzrə 623 nəfər) isə rus bölməsinin
məzunudur.
16 nəfər ali təhsil müəssisələrinin, 791 nəfər orta ixtisas təhsili
müəssisələrinin məzunudur. 184 abituriyent xarici ölkələrin
vətəndaşıdır.
İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda
TQDK-nın internet saytında və facebook səhifəsində
yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa
çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının
qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil
telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə
biləcək.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan
abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas
seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək
aparılacaq.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili
müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən
abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri
elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə
daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə
biləcəklər.
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?