Mehriban Əliyeva konsertdə - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Mehriban Əliyeva konsertdə - FOTOLAR

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində davam edən Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 11-də şəhərin Festivallar sarayında, açıq səma altında gənc cazmen İsfar Sarabskinin konserti təşkil olunub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva konsertdə iştirak edib.


Caz ifaçısı kimi tanınan Əməkdar artist İsfar Sarabskinin konserti Kann şəhərinin sakinlərinə və qonaqlarına xoş ovqat bəxş edib, Azərbaycan mədəniyyət günlərinə daha bir çalar qatıb. Kannda musiqi janrları arasında sərbəstliyi ilə seçilən caz sədaları səslənib. Müstəqil, yüngül, eyni zamanda, dərin və mənalı musiqi. Bu gecə Azərbaycan məhz bu musiqinin təqdimatı ilə növbəti dəfə Kannın qəhrəmanı olub.


Caz musiqisinin virtuaz ifaçısı İ. Sarabskinin çıxışı kanlılar və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.


Beləliklə, Azərbaycan Kann tamaşaçılarının qarşısına fərqli ovqat bəxş edən çılğın caz kompozisiyaları ilə çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm