• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kəmaləddin Heydərov Şəmkirçay su anbarında tikinti işləri ilə tanış olub - FOTO

Kəmaləddin Heydərov Şəmkirçay su anbarında tikinti işləri ilə tanış olub - FOTO

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəmkirçay su anbarında tikinti işləri ilə tanış olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qarşıya qoyduğu tapşırıqlara müvafiq olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəmkirçay su anbarının tikinti işləri ilə tanış olub.

Nazir Kəmaləddin Heydərova məlumat verilib ki, ümumi su tutumu 170 milyon kubmetr, faydalı həcmi 145 milyon kubmetr olacaq su anbarının tikintisində məqsəd Şəmkirçayın su ehtiyatlarından səmərələi istifadə etməklə bölgədə yaşayan əhalinin suya olan tələbatının tam ödənilməsi və əkin sahələrinin suvarma suyu ilə təmin edilməsidir. Eyni zamanda, ucuz enerji istehsalı və yeni suvarma kanallarının tikilməsi ilə əkinə yararlı sahələrdən səmərəli istifadə olunacaqdır. Su anbarının tikintisinin cari ilin sonunda başa çatdırılması nəzərdə tutulur.

Layihə başa çatdırıldıqdan sonra "Şəmkirçay" su anbarına yığılan su ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında 50122 hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 20834 hektar yeni sahələrin suvarılması təmin ediləcəkdir. Bununla yanaşı, Gəncə şəhərinə, Samux və Şəmkir rayonlarına saniyədə 1.6 kubmetr içməli su veriləcəkdir.

Nazir layihə çərçivəsində inşa edilən Hidroelektrik stansiya, Qidalandırıcı kanal, Sol sahil Şəmkirçay və Sağ sahil Şəmkirçay kanallarının tikintisi prosesi ilə də tanış olub, podratçı şirkət olan Türkiyənin "Çengiz" İnşaat Sənaye və Ticarət Anonim Şirkəti və nazirliyin qurumlarının rəhbərlərinə işlərin layihəyə uyğun keyfiyyətli tamamlanması istiqamətində tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR