Dilənçi onu təhqir edən şəxsi bıçaqladı
Bizi izləyin

Qırmızı.az

Dilənçi onu təhqir edən şəxsi bıçaqladı

Yevlax rayonunda bıçaqlanma hadisəsi olub. Rayon sakini İlqar Haqverdiyev Rüfət Əhmədova bıçaqla xəsarət yetirib.

Rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə, onlar arasında mübahisə olub. Belə ki, dilənçiliklə məşğul olan İ.Haqverdiyev rayonda bazarın yaxınlığında kücədə vətəndaşlardan pul yığan zaman qarşı tərəf onu qovub. Bu da İ.Haqverdiyev özündən çıxarıb və Rüfət Əhmədovu təhqir edib. Bu zaman İlqar Haqverdiyev üzərindəki bıçaqla ona zərbələr endirib. Yaralı qarın boşluğundan aldığı xəsarətlərlı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən İ. Haqverdiyev isə Yevlax payon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Artıq barəsində həbsqətimkan tədbiri seçilib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm