Girov azərbaycanlı ilə bağlı xəbər var
Bizi izləyin

Qırmızı.az

Girov azərbaycanlı ilə bağlı xəbər var

Azərbaycanın hakimiyyət orqanları Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Azərbaycan vətəndaşının saxlanılması haqqında kütləvi informasiya vasitələrində gedən məlumatları dəqiqləşdirmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət ediblər.

Bu barədə Trend-ə BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi BQXK-dan məlumatın təsdiqləndiyi halda mandatına uyğun prosedurları həyata keçirməyi xahiş edib.

Qeyd edək ki, Ermənistan mediasında bir Tərtər rayon sakini Quliyev Şahbaz Cəlal oğlu adlı Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata əsasən, o, Kəlbəcər rayonu ərazisində girov götürülüb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama verərək bəyan edib ki, Ermənistan mediasında yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm