Oqtay Əsədov Şevarnadzenin dəfnində iştirak edəcək
Bizi izləyin

Qırmızı.az

Oqtay Əsədov Şevarnadzenin dəfnində iştirak edəcək

İyulun 13-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dəfn mərasimində iştirak etmək üçün bu ölkənin paytaxtı Tbilisidə səfərdə olacaq.

Bu barədə AzVision.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Parlament Sədrinin mərasimdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri gözlənilir.

Səfər həmin gün başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm