Metroda həyəcanlı anlar yaşandı
Bizi izləyin

Qırmızı.az

Metroda həyəcanlı anlar yaşandı

Bu gün səhər saatlarında Bakı Metropolitenində həyəcanlı anlar yaşanıb. Şənbə günü olmağına baxmayaraq, metroda sərnişinlərin sıxlığı pik həddə çatıb. Demək olar ki, əksər stansiyalarda basabas olub.


ANS PRESS-in məlumatına görə, bu barədə “Facebook” sosial şəbəkəsinin “Azərbaycanın kriminal həyatı” səhifəsində bildirilib.


Sosial şəbəkədə bildirilib ki, basabas zamanı “İçəri şəhər” stansiyasında gənc oğlanın halı pisləşib. Onun vəziyyəti getdikcə ağırlaşıb. Dərhal sərnişinlərin və metropoliten işçilərinin köməyilə oğlan metrodan çıxarılıb. Əraziya təcili yardım çağırılıb.


Həkimlərin səyi nəticəsində gənc oğlanı həyata qaytarmaq mümkün olub. Ona ilkin tibbi yardım göstərilib və xəstəxanaya göndərilib.


Məsələ ilə bağlı metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, adi günlərdən fərqli olaraq bu gün imtahan günü olduğu üçün sərnişin sıxlığı müşahidə olunub. Lakin səhər saatlarından başlayaraq, metronun qrafikində heç bir problem olmayıb.


“Bu gün Bakı Metropoliten qatarlarında heç bir nasazlıq qeydə alınmayıb. Qatarların qrafikində gecikmə olmayıb.”, - deyə Nəsimi Paşayev bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm