Qırmızı.az
Gəncədə məktəblilər üçün FAHİŞƏXANA - ŞOK
Gəncə şəhəri Atatürk prospekti kvartal 247, bina 1 ünvanında bu günlərdə baş verən cinayət hadisəsi haqqında məlumat vermişdik.
Şəhərdə əks-səda doğuran bu hadisə zamanı adıçəkilən ünvanın
sakini Faya adı ilə məşhur olan 1964-cü il təvəllüdlü Firuzə
Vəliyeva qətlə yetirilmişdi. Öldürülən qadın ən ucuz ödənişli seks
xidməti göstərməklə yanaşı, hətta azyaşlıları da yoldan cıxarmaqla
məşğul olurmuş.
Sakinlərin AzNews.az-a dediyinə görə, həmin ünvanda yerləşən
yataqxana əxlaqsızlıq yuvasıdır. Burada Tamara adlı (ad şərtidir)
qadın yataqxananın qarşısına gələn insanlara “qız var” deyə seks
xidməti təklif edir. Bundan bashqa yataqxananın həyətində yerləşən
qarajda da başqa bir qadın tərəfindən bu cür xidmətlər müştərilərə
təklif olunur. Məsələnin acınacaqlı tərəfi isə həmin ərazinin
yaxınlığında 18 saylı məktəbin yerləşməsidir. Məktəbin yuxarı sinif
şagirdləri də bu qadınların “tabeçiliyində” olan fahişələrin intim
xidmətindən tez-tez istifadə edirlər. Bu xidmətlər burada cox ucuz,
təxminən 3-5 manat civarında olduğundan, şəhərin başqa
məktəblərindən də bura, bakirəliyini itirmək üçün yeniyetmə
oğlanlar gəlir və onların sayı da durmadan artır.
Sakinlərin dediyinə görə, ətrafda yaşayan şəxslərdən bəziləri bu
vəziyyətdən təngə gələrək, mənzilini satmağa məcbur olub. Bu ərazi
şəhərin mərkəz hissəsi olmasına baxmayaraq, vəziyyəti belə görən
ətraf binaların sakinləri də övladlarının əxlaqı ilə bağlı
narahatlıq keçirdiklərindən buradan köçməyə üstünlük verirlər:
“Hətta evimizə gələn qonaqlara belə məhəllədən keçən zaman bu cür
xidmət təklif edilir. Lap biabr olmuşuq”.
Şikayətçilər məsələ ilə bağlı dəfələrlə Gəncə şəhər Baş Polis
İdarəsinin Nizami rayon Polis Şöbəsinə müraciət etdiklərini də
söyləyiblər. Müraciətdən sonra “mamarozalar” şöbəyə çağırılıb və
heç nə olmamış kimi sərbəst buraxılıb. Artıq belə vəziyyət 10-15
ildir davam edir. Hətta gecə saatlarında müştərinin döyülüb,
pulunun əlindən alındığı hallar da baş verib.
Maraqlı məqamlardan biri də budur ki, sözügedən Tamara həmin binada
yaşamır və bu əraziyə ancaq “iş” üçün gəlir.
“Təmas” Regional İnkişaf İctimai Birliyin sədri Südabə Məmmədova
AzNews.az-a açıqlamasında sakinlərin söylədiklərinin həqiqət
olduğunu təsdiqləyib: “Həmin ünvanda iki yataqxana var. Bu
yataqxanalardan biri Xalça, digəri Toxuculuq fabrikinin
yataqxanasıdır. Eşitdiklərimə əsasən deyə bilərəm ki, bu ərazinin
sakinləri hələ illər öncə də eyni problemdən əziyyət çəkiblər. Ona
görə də bu binalarda və yaxın ətraflarda mənzillərin qiyməti çox
ucuzdur. Hətta deyilənlərə görə yaxın ərazidə vaxtilə cinsi
azlıqların belə öz xidmətlərini təklif etdikləri bir yer də
olub”.
S. Məmmədova bildirib ki, təmsil etdiyi qurum ödənişli seks xidməti
təklif edən qadınlarla müəyyən ünsiyyət qurmağa cəhd edib: “Lakin
nə qədər təzadlı görünsə də, məhz bu yataqxanada özlərinin dediyinə
görə fahişələr əxlaqsızlıqla məşğul olmur. Məhz “çörəyə çıxırıq”
deyə, özlərinə haqq qazandırırlar. Onlar vaxtilə zorakılığa məruz
qalmış və cox gənc yaşlarından fahişəliyə cəlb olunan qadınlardır.
Yəni bu artıq onların həyat tərzidir”.
QHT sədri deyib ki, yataqxanada antisanitariya hökm sürür,
fahişələr arasında müxtəlif dəri zöhrəvi xəstəliklər, hepatit və
digər virusların daşıyıcıları da var: “Bu xidmətlərdən məktəblilər
də istifadə edir. Nəticədə artıq bütöv bir nəslin xəstəlik
daşıyıcısı olması ilə yanaşı, yeniyetmələrin həyatı üçün çox böyük
bir təhlükə də yaranır. Eyni zamanda bu qadınların özləri də
mütəmadı şəkildə öz müştəriləri tərəfindən döyülərək zorakılığa
məruz qalırla.
Əslində burada bir qrup qadının cinsi istismarından söhbət gedir.
Biz bu barədə artıq müəyyən qurumlara xəbər verməyi
planlaşdırırıq”.
QHT rəhbəri onu da qeyd edib ki, sözügedən yataqxanaların tezliklə
söküləcəyi də nəzərdə tutulub.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...