Türmələrə yeni rəislər təyin olundu
Bizi izləyin

Qırmızı.az

Türmələrə yeni rəislər təyin olundu

Ədliyyə Nazirliyinin Penitensiar xidmətində kadr dəyişiklikləri olub.

Publika.az Penitensiar xidmətin rəsmi saytına istinadən bildirir ki, ədliyyə naziri, I dərəcəli ədliyyə müşaviri Fikrət Məmmədovun əmri ilə bir neçə təyinat olub.

Belə ki, ədliyyə polkovnik-leytenantı Məmmədov Rauf Nəsrulla oğlu 12 saylı Cəzaçəkmə Müəssisəsinə, ədliyyə polkovnik-leytenantı Şirinov Vəli Güləli oğlu 15 saylı Cəzaçəkmə Müəssisəsinə, ədliyyə mayoru İsmayılov Elnur Nazim oğlu 3 saylı İstintaq Təcridxanasına rəis vəzifəsinə təyin olunublar.

Nazirin əmri ilə həmçinin ədliyyə mayoru Əliyev Cəlil Misir oğlu 17 saylı Cəzaçəkmə Müəssisənə, ədliyyə polkovnik-leytenantı Aslanov Qaçay Əvəz oğlu 12 saylı Cəzaçəkmə Müəssisənə rəis müavini təyin olunublar. Ədliyyə mayoru Novruzov Vüqar Əlihüseyn oğlu isə Şəki Penitensiar Müəssisəsinə mühafizə taborunun komandiri təyin olunub

Oxumağa davam et
Reklam
Reklam

Gündəm