• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Pay Point” aparatından pul oğurlayanlar tutulub

“Pay Point” aparatından pul oğurlayanlar tutulub

Bakıda “Pay Point” aparatından pul oğurlayan dəstə zərərsizləşdirilib. Xəzər Rayon Polis İdarəsindən verilən xəbərə görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazalardakı “Pay Point” aparatlarından pul oğurlayan Lənkəran şəhər sakini Nurlan Baxşıyev və Ramil Bəşirov saxlanılıb. Onların bu əməli mağazada quraşdırılan veb-kameraya düşüb. Polislər onları tezliklə aşkar edərək məsuliyyətə cəlb edib.

Dəstə üzvlərinin ətrafında araşdırma apararkən müəyyən olunub ki, onlar daha bir mağazadan oğurluq ediblər. Belə ki, onlar rayon ərazisində Rza Əkbərova məxsus mağazadan 50 manat götürüblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR