Çimərlikdə qayıqla vurulan uşaq xəstəxanaya yerləşdirilib
Bizi izləyin

Qırmızı.az

Çimərlikdə qayıqla vurulan uşaq xəstəxanaya yerləşdirilib

Novxanı çimərliyində faciənin baş verməsi təsdiqlənib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən açıqlamada hadisənin gəzinti qayığı tərəfindən törədildiyi bildirilib.

"Çimərlikdəki istirahət mərkəzlərindən birində dənizdə çimən uşaq qayıqla vurulub. Lakin qayıq Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə aid olmayıb".

Uşaq təcili tibbi yardım həkimləri tərəfindən xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin verdikləri məlumata görə, qayığın pərləri çimərlikdə çimən oğlan uşağı uşağın üzünü parçalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm