Qırmızı.az
Səyyar `ASAN xidmət` Zaqatalada
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.
AzVision.az xəbər verir ki, “ASAN xidmət”in səyyar avtobusu bu
dəfə Zaqatala şəhərində şimal-qərb bölgəsinə daxil olan Balakən,
Zaqatala və Qax rayonlarının sakinlərinə xidmət göstərməyə
başlayıb.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının
Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət
Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin
verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi
və dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların
verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri
(mənzillər) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına
alınması barədə çıxarışların verilməsi və sair daxildir.
Bu rayonların sakinləri iyulun 25-dək səyyar “ASAN xidmət”in
imkanlarından yararlana biləcəklər. Vətəndaşlar onlar üçün
yaradılmış şəraitdən razı qaldıqlarını bildirirlər. Dövlət
xidmətləri vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla
təqdim olunur. Vətəndaşlar vaxt itirmədən, heç bir maneə ilə
rastlaşmadan öz istədiklərinə nail olurlar.
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər